Sağlamlıq
Yaşlanmanın qarşısını alan şaftalılı buzlu çay
Yay aylarında sərinləşmək üçün ən yaxşı üsul buzlu çay içməkdir. Susuzluğu aradan qaldıran buzlu çay günəşin mənfi təsirlərindən qorunmağa və yaşlılığın qarşısını almağa kömək edir. Tərkibindəki minerallar sayəsində ürək xəstəliklərindən və xərçəngin bəzi növlərindən qoruyur. Antioksidant effekt verir.
Marketlərdə müxtəlif brendlərin soyuq çayları satılır. Ancaq onların bir çoxunun tərkibində orqanizm üçün zərərli maddələr olur. Belə çaylara həddən artıq şəkər, məhsulun yararlılıq müddətini artıran maddələr və müxtəlif rəngləndiricilər vurulur.
Əgər soyuq çayı sevirsinizsə, narahat olmayın. Bu dadlı içkini ev şəraitində də hazırlaya bilərsiniz. Üstəlik, asanlıqla hazırlayacağınız bu çay sağlamlığa faydalı və ləzzətli olacaq.
Publika.az-ın təqdim etdiyi bu resepti mütləq sınaqdan çıxarın.
Tərkibi:
2 stəkan dəmlənmiş çay
2 ədəd şaftalı
6 stəkan su
1 stəkan şəkər tozu
1 çay qaşığı limon duzu
1 ədəd limon
Hazırlanması:
Şaftalıları iri-iri doğrayıb qazana tökün. Üzərinə 6 stəkan suyu töküb qaynadın. Şaftalılar yumşaldıqdan sonra ocağı söndürün. 20 dəqiqə gözləyib bint vasitəsi ilə şaftalını süzün.
Kənarda qoxusunu sevdiyiniz hər hansı çayı dəmləyin. 2 stəkan dəmlənmiş çayı da bint vasitəsilə süzün.
Daha sonra çayla şaftalı suyunu qarışdırın. Üzərinə şəkər tozunu, limon duzunu və 4 hissəyə bölünmüş limonu əlavə edib qarışdırın.
Tam soyuduqdan sonra soyuducuya qoyun.
1 gün sonra içərisindəki limonları çıxarıb atın (limon çox qalsa, çayın dadı dəyişər).
Hazırladığınız çayın içərisinə buz əlavə edərək içə bilərsiniz. Çayın yararlılıq müddəti 2 gündür.
Ləman Sultan
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”