Səhiyyə
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi məscidlər - SİYAHI
Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək
məscid və ziyarətgahların siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanvermə ölkə üzrə
Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə
təşkil olunacaq.
Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy” məscidində təşkil olunacaq.
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Сümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycanda Məhərəmmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür. (Trend)
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA