Səhiyyə
Azərbaycanda bu infeksiyalara yoluxanların sayı artıb
Azərbaycanda ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
Dövlət Statistika Komitəsinin Publika.az-a verilən məlumata görə, Avropanın inkişaf etmiş ölkələrində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (38,5 faiz), İİV ilə (24,9 faiz), qonokokk infeksiyası ilə (14,2 faiz), hepatit B virusu ilə (12,4 faiz), skarlatina ilə (9,4 faiz) və ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb.
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalıb.
Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc