Səhiyyə
Tanınmış jurnalistin səhhətində problem yarandı
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin səhhətində problem yaranıb.
Publika.az xəbər verir ki, bu barədə o sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
“Sevgili dostlarım! Bir müddət feysbuk, messencer, votsap, ümumiyyətlə telefondan uzaq olmalıyam. Rəsmi olaraq 1-24 may tarixləri arasında məzuniyyət götürmüşdüm. İslam oyunlarına görə məcbur işlə əlaqəni kəsməməliydim. Ancaq səhhətimdə yaranan narahatlıq planlarımı pozdu. Üzeyir doktor (Üzeyir Rəhimov) anjiyoyla damarlarıma səyahət elədi. Bir neçə yaramaz damara gününü göstərdi. Amma ana damarlardan biri normala dönmək müqabilində doktordan stend istədi. Doktor da mənimlə şərt kəsdi ki, stendi qoyuram, amma sözə baxıb bir az dincələcəksən. Mən də ki, söz verdim eləməliyəm. Bu fəsildə kəndə torpağın qoxusunu almağa gəlmişəm. İnşallah bir həftə sonra yaxşı əhvalda qayıdaram. Özünüzdən muğayat olun, sağlamlığınızı qoruyun! Hər şey qaydasındadır, əvvəlkitək. Narahat olmayın. Çox vacib məsələlərlə bağlı müraciət edə bilərsiniz”
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək