Ürək ağrılarının səbəbləri
Bizi izləyin

Səhiyyə

Ürək ağrılarının səbəbləri

Günümüzdə ən çox rast gəldiyimiz xəstəlik ürək xəstəlikləridir. Digər xəstəliklərlə müqayisədə ürək xəstəlikləri demək olar ki, xəstəliklərin 55-60%-ni təşkil edir. Bu da kifayyət qədər böyük bir rəqəmdir. Bu xəstəliyin geniş yayılmasına təsir göstərən müxtəlif faktorlar var. Bunlar arasında geniş yayılan artıq çəki, cinsi meyillik, siqarət çəkmək, xolesterin yüksəkliyi və digər xəstəliklərin ürəyə təsiridir.

Bu sözləri Axar.az-a son vaxtlar artan ürək xəstəliklərindən danışan həkim kardioloq Aynur Məmmədova deyib. O bildirib ki, ürək xəstəliklərinin əlamətləri ürək nahiyəsində olan ağrılar, tənginəfəslik, ümumi zəiflik, baş gicəllənməsi, ürəyin sürətli döyünməsi, baş ağrısı, huşun itirilməsidir:

“Ən çox rast gəlininən ürək ağrısının xarakterik xüsusiyyətləri sinənin orta hissəsində, döş sümüklərində olan ağrılardır. Bu ağrılar bir nöqtədə deyil, yayılan ağrılar olur. Ən çox sol çiyin və ya qoltuqaltı nahiyəyə yayıla bilir. Bu ağrılar göynədən və yandıran xarakterli olur. Əsasən bu ağrılar fiziki hərəkət zamanı müşahidə olunur. Əgər 40-45 yaşlarından yuxarı bir insan hərəkətdə olduqda, pilləkən çıxdıqda və yaxud sürətli hərəkət zamanı bel və ürək nahiyəsində ağrı olarsa, bu artıq ürək probleminin göstəricisidir. Arterial ürək ağrısı 5-15 dəqiqə davam edir və yerimizdə hərəkətsiz vəziyyətdə dayandığımız zaman tədricən keçir. Bəzən qarın nayihəsində və oynaqlarda olan ağrılar da ürək xəstəliyinin əlamətlərindən ola bilər”.

Aynur Məmmədova bildirib ki, bu xəstəliyin əmələ gəlməsinə səbəb olan digər xəstəliklər arasında daha sıx rastladığı şəkərli diabet və hipertoniya xəstəliyidir:

“Bu xəstəlikdən əziyyət çəkən şəxslərdə ürək ağrıları müşahidə oluna bilir. Bunun da səbəbi hər iki xəstəlik zamanı damarların zədələnməsidir. Damarların elastikliyinin itirilməsi ürək xəstəlikərinin yaranmasına şərait yaradır. Həmçinin az hərəkətli və düzgün olmayan həyat tərzi, yağlı qidalanma, zərərli vərdişlər, enerji içkilərinin istifadəsi bu xəstəliyin əmələ gəlməsinə şərait yaradır. Əgər bir insan uzunmüddətli xroniki xəstəliklərdən əziyyət çəkirsə, kimyəvi dərmanlar qəbul etməyə məcbur olur. Dərmanların istifadəsindən və xəstəliyin təsirindən yaranan toksinlər bütün orqanların funksiyasını pozur. Qaraciyərdə, böyrəklərdə və ürəkdə fəsadlar əmələ gəlir. Nəticədə qanda qüsurlu dövran yaranmış olur. Bioloji təbabətdə bu xəstəliyin müalicəsi fərqli yanaşılır. Bioloji təbabətdə bu xəstəliyin müalicəsinə fərqli yanaşılır. Ürək xəstəliklərinin müalicəsini mərhələlərlə həyata keçiririk. Birinci mərhələdə bədəni toksinlərdən təmizləyirik. Sonkrakı mərhələlərdə xüsusi biotənzimləyici preparatlarından istifadə olunaraq, zədələnmiş orqanların bərpasını aparırıq”.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

Oxumağa davam et
Reklam
Reklam

Gündəm