Səhiyyə
ÜST-dən bu ölkəyə çağırış: məlumatları paylaşın!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Çin Ölkə Ofisi Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə "virus pnevmoniyası" halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.
"Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi", - BMT agentliyi bildirib.
Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. "COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik", - ÜST bəyan edib.
"Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz", - bəyanatda deyilir.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi













081218_2.jpg)











.jpg)















