• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Cərrahi əməliyyatların sayı 4 dəfə artıb - BAŞ HƏKİM

Cərrahi əməliyyatların sayı 4 dəfə artıb - BAŞ HƏKİM

İl ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun məlumat verib. Onun sözlərinə görə, onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib:

“2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib. Bu günədək 600-dən çox müraciətin telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib”.

M.Cəlalov bildirib ki, 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərib.

“Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən il ilə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

2017-ci ildə sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayı ötən il ilə müqayisədə 4 dəfə artıb. Belə ki, analoji göstərici 2016-cı ildə 9, 2017-ci ildə isə 36 təşkil edib. Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR