Rezidenturaya imtahan verəcək namizədlərin nəzərinə
Bizi izləyin

Səhiyyə

Rezidenturaya imtahan verəcək namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi iyulun 8-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm