Oqtay Şirəliyevdən xəstələnmə riski yüksək olan uşaqlarla bağlı ƏMR
Bizi izləyin

Səhiyyə

Oqtay Şirəliyevdən xəstələnmə riski yüksək olan uşaqlarla bağlı ƏMR

Dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların müalicəsi üçün normativ sənədlər hazırlanacaq.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla bağlı Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrə əsasən, 2018-2019-cu illər ərzində dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili məqsədilə nazirliklərarası işçi qrupun yaradılması və həmin uşaqların bu tip müalicəyə göndərilməsi mezanizmlərinə dair normativ sənədlərin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq metodik tövsiyələr işlənib hazırlanacaq. Sanatoriya və bərpa müalicəsinə göndərilmiş belə uşaqların vahid registrdə uçotu və qeydiyyatı aparılacaq.

Sosial xidmət müəssisələrinə yerləşdirilmiş çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqlar ərazi üzrə tibb müəssisələri tərəflndən vahid registrdə qeydiyyata alınacaq və onların müalicəsi təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm