Koronavirusla bağlı ŞAD XƏBƏR: Belçikalı professor bəyan etdi ki...
Bizi izləyin

Səhiyyə

Koronavirusla bağlı ŞAD XƏBƏR: Belçikalı professor bəyan etdi ki...

Belçikanın Gent Univesitetinin Flemiş Biotexnologiya İnstitutu koronavirusa qarşı dərmanın hazırlanması məqsədilə əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, institutun mütəxəssisi, professor Xavier Saelens laboratoriya şəraitində Kovid-19 virusunu təsirsiz hala gətirdiklərini bildirib.

Belçika baş nazirin köməkçisi elm və iqtisadiyyat naziri Hild Krevits isə bildirib ki, bu, ağıllı və cığır açan addımdır. Bununla belə, nazir əlavə edib ki, bu istiqamətdə uzun yol qət etmək lazımdır.

Qeyd edək ki, Xavier Saelens və qrupu ötən ay SARS Kov-2 və Kovid-19 virusu ilə mübarizədə unikal antikor tapdıqlarını elan etmişdi.

Belçikalı professor laboratoriya testi nəticəsində kəşf olunan antikorun koronavirusa qarşı ciddi addım olduğunu qeyd edib: “Bu, fantastik qrupun fəaliyyətinin nəticəsidir. Kəşf sayəsində virusun insan hüceyrələrini əhatə etməsinin qarşısı alına bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm