Səhiyyə
Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq - Baş infeksionistdən XƏBƏRDARLIQ
“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstələrimiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə, elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”.
Publika.az xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev “Real" TV-yə müsahibəsində deyib.
Virusun aqressivləşdiyini qeyd edən C.İsayev yoluxmanın gənclər arasında artdığını bildirib: “Təkcə risk qrupunda olanlar deyil, olmayanlarda da ağır formada özünü göstərir. Artıq ağır gedişlər cavanlar arasında xeyli artıb. İnsanlar Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinə baxıb nümunə götürməlidir".
Baş infeksionist Operativ Qərargahın tövsiyələrinə əməl etməyi, tibbi maskalardan istifadəni və sosial məsafənin qorunmasını vacib sayır.
O diqqətə çatdırıb ki, vətəndaşlar 1 həftə ərzində 3 min yoluxmanın hansı vəziyyət yarada biləcəyi haqqında düşünməlidirlər.
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ