Səhiyyə
Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
Elektron icazə sistemindən 2 həftəlik karantin müddətində 700 minə yaxın icazə alınıb.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, bəzi şirkətlər bu icazədən sui istifadə ediblər: "Əməkdaşlar icazədən təyinatına görə istifadə etməyiblər. Bu səbəblə şirkətlərə xəbərdarlıq olunub".
O bildirib ki, hər bir təşkilat yalnız işə çıxan əməkdaşları üçün icazə almalıdır: "5 iyula qədər alınan icazələr ləğv olunacaq və hər bir təşkilat yenidən icazə almalıdır. Əks halda təşkilatla bağlı müvafiq qərarlar veriləcəkdir. İş günü olmadığı halda, həftə sonları vətəndaş ona verilən icazədən istifadə edə bilməz və yalnız sms icazə almalıdır".
Sədr əlavə edib ki, əgər hansısa şirkət icazə ala bilmirsə və hesab edirsə ki, onun icazəsi zəruridir, bu barədə iqtisadiyyat nazirliyinə müraciət edib, işinin zəruriliyini izah etməlidir.
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!