TƏBİB açıqladı: 348 nəfər reanimasiyadadır
Bizi izləyin

Səhiyyə

TƏBİB açıqladı: 348 nəfər reanimasiyadadır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 516 533 test aparılıb. Onlardan 20 324-nün cavabı pozitiv çıxıb. İndiyədək 250 nəfər COVID-19-dan dünyasını dəyişib, 11 742 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 332 nəfərdir. 348 nəfər reanimasiyada, 60 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 523 yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 451 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm