Rusiya koronavirusa görə Azərbaycana həkimlər göndərir
Bizi izləyin

Səhiyyə

Rusiya koronavirusa görə Azərbaycana həkimlər göndərir

Yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur".

Publika.az xəbər verir ki, bu barədə "Rusiya-24" telekanalına Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.

O bildirib ki, xüsusi hallarda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycana da səfər planlaşdırılır:

"Hər gün biz bir sıra ölkələrdən müraciətlər alırıq, hansılar ki, həm metodiki, həm də praktik kömək kimi göstərmək üçün mütəxəssislərimizi göndərməyimizi xahiş edirlər və biz kömək edirik. Bu gün artıq mütəxəssislər İtaliyada işləyirlər, Qırğızıstandan qayıtdılar, indi Qazaxıstanda işləyirlər. Mütəxəssislərin Azərbaycana getməsi planlaşdırılır. Əlbəttə biz xüsusilə yaxın dostlara hərtərəfli yardım göstəririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm