Azərbaycanda 2 idman kompleksi xəstəxanaya çevriləcək
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 2 idman kompleksi xəstəxanaya çevriləcək

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı dəyişdirilir.

Gənclər İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.

Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və TƏBİB-in sədri Ramin Bayramlı iştirak edəcəklər.

Qeyd edək ki, Abşerondakı tədbir saat 15.00-da, Hövsandakı mərasim isə 16:00-da başlayacaq.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm