TƏBİB məlumat yaydı: 213 nəfər...
Bizi izləyin

Səhiyyə

TƏBİB məlumat yaydı: 213 nəfər...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 520 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 812 033 test aparılıb. Onlardan 33 915-nün cavabı pozitiv çıxıb. İndiyədək 500 nəfər COVID-19-dan dünyasını dəyişib, 31 265 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 146 əfərdir. 213 nəfər reanimasiyada, 44 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 91 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 211 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm