İlin sonunadək ölkəyə qrip əleyhinə vaksin gətiriləcək
Bizi izləyin

Səhiyyə

İlin sonunadək ölkəyə qrip əleyhinə vaksin gətiriləcək

Pandemiya bütün dünyada davam etməkdədir və dünya ölkələrini nəzərə aldıqda son statistika ürəkaçan deyil.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı hazırkı statistika ürəkaçan qiymətləndirilir: "Sərt karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bunun birdən yumşaldılması yoluxma sayını artıra bilər. Xalqımızın epidemiya ilə mübarizədə iştirakı burada xüsusi rol oynayır. Sıxlıq, təmas artdıqca, qorunmanı artırmalıyıq. Yalnız bu halda normal həyata qayıda bilərik. Qarşıdan payız mövsümündə respirator xəstəliklərin artması gözlənilir. Lakin COVID-19-dan qorunma tədbirlərinə riayət etməklə digər xəstəliklərdən də qorunmaq mümkündür. Qeyd edim ki, yaxın bir neçə ay ərzində ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək. Bu vaksinlər mövsümü qripi məhdudlaşdırmağa kömək edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm