Səhiyyə
Müəllimlər niyə vaksinasiya edilmir? - AÇIQLAMA
Ənənəvi tədrisin bərpasından 1 ay ötməsinə baxmayaraq, yoluxmanın artması ilə əlaqədar bir neçə tədris mərkəzi distant təhsilə keçib. Ekspertlər bildirir ki, təhsil ocaqlarının yenidən qapadılmaması üçün müəllimlərin vaksinasiyası daha qabağa çəkilməlidir.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, vaksinin kimlərə vurulmasını aidiyyəti qurumlar planlayır:
“Vaksinasiyanı müvafiq dövlət qurumlar planlı şəkildə icra edir. Vaksinin müəllimlərə vurulması ilə bağlı məsələdə də aidiyyəti qurumların tapşırığını gözləməliyik”.
Ölkədə vaksinasiya prosesini icra edən TƏBİB və Səhiyyə Nazirliyindən isə saytımıza bildirilib ki, vətəndaşlara koronavirusa qarşı vaksin vurulması strategiya üzrə icra edilir və müəllimlərin vaksin olunması ilə bağlı Operativ Qərargah qərar qəbul etməlidir.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi sorğu göndərilib.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO