Səhiyyə
Həkimdən COVID-19-la bağlı VACİB TÖVSİYƏLƏR: Əgər testin nəticəsi neqativdirsə...
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev COVID-19-la bağlı əhəmiyyətli hesab etdiyi bəzi tövsiyələrini paylaşıb.
Həkim həm koronavirusa yoluxanlara, həm də yoluxmasından şübhələnən və ya xəstəliyi keçirmə ehtimalı olanlar üçün mərhələli şəkildə edilməsi gərəkli olan vacib məlumatları sıralayıb.
Publika.az həkim-radioloq Aydın Əliyevin tövsiyələrini təqdim edir:
1. Əgər özümüzdə qızdırma, halsızlıq, boğaz qıcıqlanması, boğaz ağrısı, öskürək, əzələ-oynaq ağrıları, iştahasızlıq və s. oxşar əlamətlər hiss edərsəniz, burun-udlaqdan və ağız-udlaqdan (əsnəkdən) yaxma - COVID-19 üçün PZR test analizi verməli və özünüzü insanlardan təcrid (izolyasiya) etməlisiniz. Ola bilsin ki, yoluxmusunuz.
2. Test analizinin cavabı neqativdirsə, bu, hələ tam yoluxmamısız anlamına gəlmir, yoluxmuş şəxslərin təqribən 30%-ində testin nəticəsi neqativ ola bilir.
3. Şikayətlər davam edirsə və test analizi mənfidirsə, o zaman koronavirusun olub-olmadığını bilmək üçün qanda COVID-19 İgM və İgG analizlərini verə bilərsiniz. Bu analizlərin və ya birinci punktdakı yaxma-test analizinin cavabı poztivdirsə, demək yoluxmuzunuz, amma lütfən panik olmayaq, əksər insanlar xəstəliyi yüngül keçirir, panika-stress immun sistemini zəiflədir.
4. İgM pozitivdirsə, İgG neqativdirsə, onda təqribən 1-14 günə qədərdir yoluxmusunuz və başqalarını yoluxdura bilərsiniz, izolyasiya olunmalısınız. Hər ikisi-İgM və İgG pozitivdirsə, o zaman təqribən 14-30 gündür yoluxmusunuz və başqalarını yoluxdurma ehtimalınız demək olar ki, sıfıra bərabərdir. İstisna hallar ola bilər. Əgər İgM neqativ, İgG pozitivdirsə, onda yoluxmadan təqribən 1 ay və daha çox keçib, ya da peyvənd edilmisiniz, başqalarını yoluxdurma ehtimalı yoxdur. Hər ikisi-İgM və İgG neqativdirsə, yoluxmamısınız, xəstəliyi keçirməmisiniz, 2 doza peyvənd etdirməmisiz, ya da sağalmağınızdan təqribən 1 il və daha çox vaxt keçib.
5. Yaxma-test və ya İgM analizi pozitivdirsə, mütləq təcrid edilək-evdən bayıra çıxmayaq, həyət evindəyiksə, həyətdə heç kim olmayanda öz həyətimizdə çıxıb gəzişə bilərik. Heç kəslə 2 metrdən az məsafədən ünsiyyət etməyək ki, atrafımızdakıları yoluxdurmayaq. Onların içərisində yanaşı xəstəliyi olan, immuniteti zəif olan yaxınlarımız ola bilər ki, onları yoluxdursaq, zəif olduqlarına görə ağırlaşıb həyatlarını itirə bilərlər.
6. Artıq aktiv yoluxma halında olduğunuz təsdiq edildisə, o saat KT müayinəsinə və bir sicilləmə qan analizlərini verməyə qaçmayaq. Öncə Pulsoksimetr cihazı əldə edib, barmaq ucundan Oksigen saturasiyasını ölçək. 95%-dən çoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur! 95%-dən azdırsa, güvəndiyiniz müalicə həkiminə və ya təcili yardıma zəng etmək lazımdır, çünki artıq Oksigen dəstəyinə və müalicəyə ehtiyac var. Necə davam etmək və hansı analiz və müayinələrin lazım olduğunu onlar deyəcək.
7. Öz yanınızdan və ya həkim olmayan qonşu, qohum, tanış və COVID-19 xəstəliyini keçirmiş şəxslərin müalicəsini etməməlisiniz. Ağırlaşan xəstələrin bir qismi bu səbəblərdən ağırlaşır və bəzən də belə xəstələrin həyatını xilas etmək mümkün olmur.
Akqabay
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO