Səhiyyə
Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
Bel nahiyəsində ağrıları olan pasiyentlərin qarın əzələlərinin orta hesabla belə diaqnozu olmayan insanlarla müqayisədə daha kiçik olmadığı müəyyən edilib. Bu nəticəyə kompüter tomoqrafiyasının 33,5 mindən çox görüntüsünü araşdıran Stenford Universitetinin tədqiqatçıları gəliblər. Bununla belə, bel ağrısından əziyyət çəkən pasiyentlərdə qarın nahiyəsində əzələ toxumasının yağ toxumasına nisbəti daha aşağı olub.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “PLOS Digital Health” jurnalında dərc edilib.
Alimlər geniş yayılmış bir fərziyyəni yoxlayıblar: gövdə əzələləri kiçik olduqda, onların onurğa sütununu dəstəkləməsi çətinləşə bilər. Çoxsaylı pasiyentlərin bədən quruluşunu müqayisə etmək üçün tədqiqat qrupu tomoqrafiya görüntülərində əzələ və yağ toxumalarını ayırd edən neyron şəbəkədən istifadə edib.
İlkin məlumat bazasına 23 508 nəfərin tomoqrafiya görüntüləri daxil edilib. Alimlər tibbi kartları araşdıraraq bel ağrısı diaqnozu qoyulmuş 2 622 pasiyenti müəyyənləşdirib və müqayisə üçün bu diaqnozu olmayan 2 577 nəfər seçiblər. Nəticələrə həmin fərqlərin təsirini azaltmaq məqsədilə qruplar cins, yaş və bədən kütləsi indeksinə görə uyğunlaşdırılıb.
Bədən kütləsi indeksi eyni olduqda belə, qruplar arasında qarın nahiyəsində əzələ və yağ toxumalarının nisbəti fərqlənib. Bununla yanaşı, əzələ toxumasının ümumi miqdarı və piylərin paylanması baxımından nəzərəçarpan fərq aşkar edilməyib. Eyni zamanda, tomoqrafiya görüntüləri toxumaların ölçüsünü və yerləşməsini göstərir, lakin əzələlərin gücü və hərəkət zamanı nə dərəcədə koordinasiyalı işləməsi barədə məlumat vermir.
Əldə olunan nəticələr ağrıların səbəblərinin araşdırılması istiqamətini daraltmağa kömək edir. Müəlliflər əzələlərin ümumi ölçüsünü vahid göstərici kimi götürmək əvəzinə, ayrı-ayrı əzələlərin öyrənilməsini, onların yerləşməsinin və hərəkət zamanı fəaliyyətinin araşdırılmasını təklif edirlər. Bu yanaşma bel ağrısından əziyyət çəkən insanları fərqləndirən gövdə xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verə bilər.
Hüseyn İbadlı
-
Səhiyyə23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121:12Natavan bu fotoları evində çəkdirir - VİDEO
-
Səhiyyə21:00Sevinc Maniyeva vəfat etdi
-
Qoroskop20:36Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Nida Xəbər 19:48Qara Qarayev “Vyetnam süitası”nı bəstələyib, Əjdər İbrahimov orada çalışıb
-
Hadisə19:12Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - Anbaan görüntülər

















.jpg)
.jpg)
















