Səhiyyə
Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır? - ŞƏRH/VİDEO
Video əlavə edilib.
*****
Azərbaycanın vaksin pasportunu xarici ölkələr tanıyır. Əgər vaksin pasportun varsa, test vermədən məsələn Türkiyə və Gürcüstana gedə bilərsən. Amma Azərbaycana geri qayıdanda sənə TƏBİB tərəfindən verilən vaksin pasportu işləmir. Məcbur yenidən test verməlisən.
Sual: Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır?
Publika.az xəbər verir ki, Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bu suala cavab verib. Həkim bildirib ki, vaksin pasportu birmənalı olaraq o insanın vaksinlənmiş olduğunu ifadə edir, bununla birlikdə həmin insan üçün ölüm təhlükəsi və ağırlaşmaların qarşısının alınması mənasına gəlir:
“Amma vaksinlənmə yoluxmanın qarşısını alan vasitə deyil. Qoruyucu vasitə olmadığına görə biz vaksinlənmiş olsaq belə, hər hansı bir ölkədən Azərbaycana qayıdarkən yoluxa bilə, yeni ştamların ölkəmizə bilmədən daxil olmasına və bunun ətrafa yayılması üçün şərait yarada bilərik. Unutmamaq lazımdır ki, vaksinlənmiş insanlar yoluxduqları zaman bəzən xəstəliyi asimptomatik keçirirlər. Əlbəttə ki, bunun onlar üçün hər hansı bir təhlükəsi olmasa da, xəstəliyin ətrafa yayılma ehtimalı və başqa ölkələrdən yeni ştamların ölkəyə daxil olmasına şərait yaradacağı ehtimal olunur. Bütün bunları nəzərə alaraq bu gün peyvənd pasportu olub-olmamasından asılı olmayaraq, ölkəyə girərkən PCR test analizinin aparılması hələ ki, TƏBİB və aidiyyəti qurumlar tərəfindən məcburiyyət olaraq qarşımıza qoyulan bir reallıqdır”.
Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycana qayıdarkən test vermək məcburiyyəti o zaman ləğv edilə bilər ki, risklər azalsın.

Aytən Məftun
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək













.jpg)
.jpg)

.png)





















