Səhiyyə
Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
"Son 10 ildə ölkədə bədxassəli şişlərin diaqnostikası ikiqat artıb".
Publika.az xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Yevgeniya Kotova deyib.
“Faktiki olaraq, son 10 ildə bədxassəli şişlərin diaqnostikası iki dəfədən çox artıb, erkən mərhələdə diaqnostika göstəricisi isə 60 faizi ötüb”, - Kotova Türkmənistanda keçirilən beynəlxalq səhiyyə konfransının kuluarlarında deyib.
Səhiyyə nazirinin müavini bu nəticələrə onkoloji xəstəliklərlə mübarizə üzrə milli layihə sayəsində nail olunduğunu bildirib. Onun sözlərinə görə, eyni zamanda belə xəstələrin beşillik sağqalma göstəricisi də yüksəlir ki, bu da ömür uzunluğunun artmasına səbəb olur.
Kotova uşaqlarda xərçənglə mübarizədə əldə olunan uğurları da ayrıca vurğulayıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanı bu sahədə lider ölkələrdən biri kimi tanıyıb.
Aprel ayında Rusiya Səhiyyə Nazirliyi ölkədə xərçənglə mübarizə üçün istifadə olunan preparatların yeni siyahısını hazırlayıb. Siyahıya 30 preparat və müalicə variantı daxil edilib. Bunların arasında kolorektal xərçəngin müalicəsi üçün müasir sxemlər də var. Bildirilib ki, hədəfli antitümor preparatları xəstəyə yalnız molekulyar-genetik və immunohistokimyəvi müayinələr aparıldıqdan sonra təyin edilə bilər.
Hüseyn İbadlı
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi









.webp)















.jpg)






.jpg)

