Hansı hallarda meyit yarıla bilər? - VİDEO
Bizi izləyin

Sosial

Hansı hallarda meyit yarıla bilər? - VİDEO

Əksər insanlar bunu düzgün hesab etməsələr də, qanunvericilik müəyyən hallarda bunu zəruri edir.

İnsan müxtəlif səbəblərdən dünyasını dəyişdikdən sonra bir çox hallarda onun ölüm səbəbinin araşdırılması üçün meyidi yarılır. Bu bəzən ölən adamın yaxınları ilə müvafiq qurumlar arasında mübahisəyə səbəb olur. Bəs görəsən hansı hallarda meyid yarıla bilər?

İnsanların əksəriyyəti ölümdən sonra yaxınlarının meyitlərinin yarılmasının əleyhinədirlər. Onlar meyitlərin yarılmasını qeyri-etik hesab edirlər.

Əksər insanlar bunu düzgün hesab etməsələr də, qanunvericilik müəyyən hallarda bunu zəruri edir. Belə ki, 26 iyun 1997-ci ildə imzalanmış "əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Patoloji-anatomik yarılmalar" adlı bölməsi meyitin hansı hallarda yarılmasını təsbit edir. Yarılmanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan əlavə yoluxucu xəstəliklər və bu cür xəstəliklərin ehtimalı ilə bağlı, tibbi müayinə, eləcə də müdaxilə zamanı və sonra da ölüm baş verərsə meyit mütləq yarılmalıdır. Bu hallarda ailə üzvlərinin rəyi nəzərə alınmır.

Meyitlərin yarılması hüquq mühafizə orqanlarının yazılı qərarı əsasında, video və foto çəkiliş əsasında həyata keçirilir. Meyidin müayinəsində prokurorun və ya müstəntiqin icazəsi ilə mərhumun valideynləri yaxud yaxın qohumları iştirak edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm