Sosial
Prezidentin "NAZ-Lifan"a keçmək tövsiyyəsinə hansı nazirlik əməl edib?
Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yanvarın
sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal
edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra,
nazirlik və dövlət idarələri o avtomobillərdən fəal şəkildə
istifadə etməyə başlayıb. Bəs hazırda bu sahədə real nəticə nədən
ibarətdir?
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın "NAZ-Lifan"
zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri
üçün alır, digər məqsədlər üçün deyil" — deyə Sputnik-ə nazirliyin
şöbə müdiri Elman Babayev bildirib.
O qeyd edib ki, nazirlik "NAZ-Lifan" avtomobillərinin kütləvi alışı və yayılmasında vacib rol oynayır: "Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi çərçivəsində maşınlar məhz Naxçıvan avtomobil zavodundan alınır. Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına uyğun olaraq son iki ildə 1933 avtomobil alınaraq müharibə əlillərinin istifadəsinə verilib".
E. Babayev əlavə edib ki, cari ildə də "NAZ-Lifan" avtomobillərinin alınması nəzərdə tutulur.
Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd Naxçıvan
avtomobil zavodunun istehsalı olan minik avtomobil alıb. Bu barədə
Sputnik-ə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Cəsarət Valehov məlumat verib. Energetika Nazirliyinin
mətbuat xidmətindən isə bildiriblər ki, ümumilikdə nazirliyin
avtomobil parkı böyük deyil və son illərdə yenilənməyib. Bu
səbəbdən də nazirliyin xidməti avtomobilləri arasında "Naz-Lifan"
yoxdur. Sputnik-in xidməti avtomobillərlə bağlı sorğusuna cavab
olaraq Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki,
onlar əsasən 2012-ci ildə alınmış avtomobillərdən istifadə edirlər.
Bu avtomobillər isə "Toyota Camry" və "Honda Accord", həmçinin daha
əvvəl alınmış "Nexia", "KİA Optima", "ГАЗ-31", "Mitsubitsi",
"Chevrolet Niva", "UAZ-3163-10" markalı minik avtomobilləridir.
"Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün "Fiat
Doblo" markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil
alınması üçün vəsait ayrılsa, onda "NAZ-Lifan" markalı maşınların
alınması məsələsinə baxılacaq", — VN-in mətbuat xidmətindən
bildirilib.
Azərbaycanda nazirlik və dövlət idarələrinə avtomobillərin
alınmasını Nazirlər Kabineti tənzimləyir. Neftin qiymətinin
qəflətən aşağı düşməsi və valyuta resurslarının sürətlə azalması
fonunda avtomobil parkının yenilənməsinə vəsaitlərin ayrılacağını
gözləməyə dəyməz.
Amma dövlətin təcili ehtiyacı yarandığı halda Naxçıvanda istehsal
olunan "NAZ-Lifan"a müraciət etmək mümkündür. Çünki onun qiyməti
Qərb və Yaponiya istehsalçılarının aparıcı avtomobil şirkətlərinin
istehsal etdiyi maşınlardan bir az ucuzdur. Hər halda "NAZ-Lifan"ın
qiyməti bizim yüksək vəzifəli məmurlarımızın istifadə etməyi
xoşladığı "Mersedes" və "BMW"yə nisbətən aşağıdır. Kimsə
azərbaycanlı məmurların hətta "NAZ-Lifan"ının belə, olmadığı barədə
mübahisə də edə bilər.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq