Sosial
Deputat: “Ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın”
“Ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın.
Rayonlardakı market və mağazalarda insalarımızın borc dəftərləri
yaranıb. Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc
dəftərlərini bağlasınlar”.
Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisin bugünkü
plenar iclasında deputat Qüdrət Həsənquliyev
deyib.
O bildirib ki, bəzi deputatlar ünvanlı sosial yardımların
dayandırılması ilə bağlı təkliflər verməklə insanları
qıcıqlandırır:
“Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər
verməklə insanları qıcıqlandırıb stress altında saxlayırıq. Rabitə
Nazirliyində neqativ hallar aşkarlanıb və gəlin bu nazirliyə
maliyyələşməni dayandıraq. Belə məntiq olmaz axı. Bu cür
çıxışlarla, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı
fikirlər səsləndirməklə insanlara mənfi psixoloji durumda qoyuruq.
İş yerlərini itirən insanların işsizliyə görə müvainətləri
məsələsinə ciddi yanaşmalıyıq. Deyirlər ki, hökuməti əvəllər tənqid
edənlər niyə indi tərifıləyirlər? Mən nə zamansa hökumətin hansısa
addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa
addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə
məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü dünya
parlamentlərindədir. Nəyisə deyəndə, danışanda gəlin diqqətli
olaq”.
Vasif Həsənli
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI