Sosial
Əmək pensiyası ilə bağlı təklifin bəzi detalları açıqlandı
“Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir”.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib. Burda söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna pensiya almaq üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur olsun pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar. Yeni iş yerlərinin daha da çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".
H.Rəcəbli bildirib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb. Hər iki layihə üzərində hələ ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəylərini bildirəcək, ondan sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri