Sosial
Qış günündə qaza həsrət qalan sakinlər - ŞİKAYƏT
Nəsimi rayonu Şamil Əzizbəyov 88 b küçəsinin sakini redaksiyamıza şikayət məktubu ünvanlayıb. Şikayətçi məktubunda bir həftədir ki, bu ərazidə qaz olmamasından gileylənib. Sakinin sözlərinə görə, bir həftədir ki, sözügedən ərazidə qazın kəsilməsinə baxmayaraq aidiyyəti qurumun təmsilçiləri nə bunun səbəbini izah edir, nə də ki, mavi yanacağın nə zaman veriləcəyi barədə bir söz deyir. Hər halda soyuq qış günü qaz olmayan evdə yaşamaq heç də asan olmaz.
Biz də, öz növbəmizdə Publika.az olaraq soyuq qış günləri sakinlərin qazının nə üçün kəsilməsinin, habelə niyə bir həftədir ki, onların qaza həsrət saxlanılmalarının səbəbini araşdırdıq.
Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxladıq.
O, Nəsimi rayonunun sözügedən ünvanında belə bir faktın qeydə alınmadığını dilə gətirdi: “O ünvana bir həftə ərzində qazın verilməməsi barədə hər hansı bir fakt yoxdur. Yalnız bu gün Şamil Əzizbəyov küçəsində qaz tənzimləyici qurğular üzərində müəyyən təmir işləri aparıldığı üçün qazın verilişində azalma yaranıb. Yəni qaz tamamilə kəsilməyib, sadəcə müəyyən qədər azaldılıb”.
İbrahim Kərbəlayev onu da qeyd edib ki, təmir işlər saat 18.00 kimi bitəcək və qazın verilişi tamamilə bərpa olunacaq.
Mələk
-
Rəsmi xronika13:30
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi