74 il ömür yaşayırıq, ancaq bizə qalan uşaqlıq illəridir... İNFOQRAFİKA
Bizi izləyin

Sosial

74 il ömür yaşayırıq, ancaq bizə qalan uşaqlıq illəridir... İNFOQRAFİKA

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə Azərbaycanda orta ömür müddəti 74 ilə bərabərdir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə Azərbaycanda orta ömür müddəti 74 ilə bərabərdir. Hər bir insanın gün ərzində təxminən 8 saat yatdığını nəzərə alsaq, deməli ömrümüzün 1/3-ni - 24 il 6 ayını yuxuda keçiririk. Təhsil aldığımız illərdə istirahət və bazar günləri istisna olmaqla hər gün ən azı 6 saat sinif otaqlarında oluruq. Belə olan halda oyaq olduğumuz illərin ən azı 22 min 500 saatını, yəni 2 il 6 ayını sinif otaqlarında keçiririk. Bunun 16 min 500 saatı 11 il təhsil aldığımız orta məktəbin, 6 min saatı isə 4 il təhsil aldığımız universitetin payına düşür. Hər gün əl-üzümüzü yumağa, dişlərimizi fırçalamağa və yuyunmağa 20 dəqiq vaxt ayırsaq, deməli ömrümüzün 9 min saatını və ya 1 ilini bu işlərə sərf edirik. Bundan başqa günümüzün ən azı 1 saatını səhər, günorta və axşam yeməyinə ayırırıq. Bu da ömrümüzün 3 ili deməkdir. Həftədə 3 saatımızı alış-verişə sərf etsək, bu da ömrümüzün 1 il 3 ayını əlimizdən alır.

Digər ev işləri - paltar yumaq və ütüləmək, yemək hazırlamaq, zibil atmaq, ev təmir etmək kimi işlərə də orta hesabla gündə 1 saatdan az vaxt sərf etmirik. Təbii ki, bu işləri də 20 yaşından sonra etməyə başlayırıq. Deməli ömrümüzün 54 ilinin 2 il 4 ayını da ev işlərinə ayırırıq. Həftənin ən azı 5 gününü evdən çıxıb harasa gedirik və tıxacları da nəzərə alsaq bu zaman gününün ən azı 1 saatını şəxsi və ictimai nəqliyyatda keçiririk. Nəticədə ömrümüzün 2 il 2 ayını yollarda keçiririk. Bundan başqa televizora baxmaq, kitab və qəzet oxumaq, telefonla danışmaq, internet və sosial şəbəkələr günümüzün ən azı 3 saatını əlimizdən alır. Bu da 9 ilə bərabərdir. Əgər iş həyatına 24 yaşından başlasaq və həftənin 5 günü ən azı 8 saat işləsək, deməli ömrümüzün 11 il 8 ayını da işdə keçiririk. Bütün bu illəri üst-üstə gəldiyimiz zaman 57 il 10 ay edir. Yerdə qalan 16 ay 2 ilin də təxminən 3 il 2 ayını da toylarda, yaslarda, ad günlərində, xəstəxanalarda keçiririk. Beləliklə bütün ömrümüzü 61 ilini yuxarıda sadalanan məşğuliyyətlərə sərf edirik. Əlimizdə cəmi 13 ilimiz qalır ki, bununda təxminən 6 ilini yaxınlarımızla birgə keçiriririk. Buraya ailəvi gəzintilər, uşaqları təlim və tərbiyyəsi, valideyinlərə qayğı, qohumları ziyarət etmək, dostlarla görüşmək və digərləri daxildir. Özümüzlə baş-başa qala bilmək üçün cəmi 7 ilimiz qalır ki, bu da elə uşaqlıq illəri deməkdir... (yeniavaz)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm