• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Deputat: “Eşşəyi, iti kəsib lülə-kabab şəklində vətəndaşlara yedirirlər”

  • Sosial
  • 14 Aprel 2017 13:23
  • 755 Baxış
Deputat: “Eşşəyi, iti kəsib lülə-kabab şəklində vətəndaşlara yedirirlər”

“Hesablama Palatasının hesabatında nöqsan kimi qeyd olunan faktlar diqqətimi çəkdi. Burada 11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir. Bu qədər vəsaitin mənimsənilməsi nöqsan deyil, cinayətdir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, Azərbaycan Beynəlxalq Bankında mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, o zaman belə vəziyyətlə qane ola bilmərik:

“Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımlar atılmalıdır”.

F.Mustafa qida təhlükəsizliyi ilə bağlı da acınacaqlı vəziyyətin hökm sürdüyünü söyləyib:

“Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Həmin heyvanları kəsib lülə-kabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu hansı məmurun milyonlarla vəsait qazanması müqabilində baş verir? Yaxud adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, qaz-nefti başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki! Heç olmasa, bu ökədə yaşayan vətəndaş da o kürüdən bir qaşıq yeyə bilməlidir. Heç olmasa, bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR