“Axundov” kitabxanasında ixtisarlar başladı: 5 şöbə ləğv edildi
Bizi izləyin

Sosial

“Axundov” kitabxanasında ixtisarlar başladı: 5 şöbə ləğv edildi

Heç kəs işdən çıxarılmayıb

Xəbər verdiyimiz kimi, Mirzə Fətəli Axundov adına Milli kitabxana da ixtisarlara başlanılıb. Kitabxana da qənaət rejiminə keçildiyi üçün 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib.

Məsələyə rəsmi münasibət öyrənmək üçün M.F.Axundov adına Milli kitabxana ilə əlaqə saxladıq.

Axundov kitabxanasından Elmi katib Cəfərova Əminə A24.Az-a açıqlamasında bildirib ki, işin həcminə görə ixtisarların getdiyini bildirib:

“Bəli ixtisarlar olur, şöbələr birləşdirilir. Heç kəs işsiz qalmır, heç kəs bayıra atılmır. Yəni şöbədisə birləşdirlib, bölmə olub. 5 şöbə birləşdirilib, 2 şöbə olub. Bu dəqiqə bütün respublikada gedən prosesdir. Bir daha vurğulayıram ki, heç kəs işdən çıxarılmayıb. İlin günün bu vaxtı kimi işdən çıxartmaq olar”.

Elmi katib əlavə edib ki, kitabxanada sadəcə şöbələr birləşdirilib:

“Günün tələbinə cavab verən bölmələr yaranıb. Bu gün funksiyasını itirmiş adı olub, özü olmayan bölmələr var idi ki, onlar ləğv olunub, struktur dəyişikliyi edilib. Ləğv edilən şöbələrin işçiləri, birləşdirilən şöbə və bölmələrdə işlərlə təmin olunacaqlar. Heç kəsin işdən çıxarılması ilə bağlı söhbət belə getmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm