Sosial
Çikaqoda Respublika Günü qeyd olundu
ABŞ-ın Çikaqo şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr edilmiş mərasim keçirilib.
Publika.az xəbər verir ki, başda televiziyanın qurucusu və rəhbəri Əhməd Obalı olmaqla Güney Azərbaycan Televiziyası (GünAz TV) kollektivi tərəfindən keçirilən mərasim Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və GüAz TV-nin təsis edilməsinin növbəti ildönümünə həsr olunub.
Tədbirə Çikaqo və Amerika Birləşmiş Ştatlarının digər bölgələrində yaşayan 200-dən çox soydaşımız qatılıb. Onların əksəriyyəti Güney və Quzey Azərbaycan, Türkiyə və Kərkük türkləri olub.
Tədbir Azərbaycan himnin ifası ilə başlayıb. Daha sonra Ə.Obalı çıxış edərək, ingilis dilində Azərbaycan Xalq Cümhuriyyətinin özəllikləri barədə mərasim iştirakçılarına geniş məlumat verib, Şərqdə və islam dünyasında ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətində söz azadlığı və insan haqlarının təmin edilməsi və qısa müddətdə görülən digər mühüm işlərdən bəhs edib.
GünAz TV rəhbəri çıxışının digər hissəsində Azərbaycan türkcəsində mərasim iştirakçılarına öz təşəkkürünü bildirib və bundan sonra da Məhəmməd Əmin Rəsulzadənin yolunun davam etdiriləcəyini söyləyib.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üzərində dalğalandırdığı bayrağın daha heç zaman enməyəcəyini və Azərbaycan səmasında hər zaman dalğalanacağını deyən Ə.Obalı, gələn il Cümhuriyyətin 100-cü ildönümünün daha təntənəli şəkildə Çikaqoda qeyd olunacağını bildirib.
Mərasimdə şam ziyafəti təşkil edilib, milli rəqslər və Azərbaycan musiqisi ifa olunub.
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO