Sosial
Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - - FOTO/VİDEO
Oğuzun Xaçmaz kəndinin sakinləri 1 aya yaxındır ki, su
problemi yaşayır.
ARB Şəki xəbər verir ki, sakinlər iddia edir ki,
hər il yayda eyni problemlə üzləşirlər.
Dağlar Mehdiyev - Sakin: "Neçə ildir ki, Xaçmaza
su çəkilib, amma neçə illərdi ki, camaat sudan qırılır".
Bir çox evlərə ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə
lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağətəyindəki
bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində
qalırlar.
Məlahət Cəbrayılova - Sakin: "62 yaşım var, bu
yaşımda su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlı".
Raya Camaləddinova - Sakin: "Arxdan zibilli
sulardan yığırıq, gətiririk. Nə çay içə bilirik, nə yeməyimizə tökə
bilirik".
Sudan həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar
istifadə edir. Nəticədə yaranan anitasnitar şərait sakinləri
narahat edir.
Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər
bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də
nəticəsiz qalıb. Məsələ ilə bağlı Oğuz su idarəsindən isə
bildirildi ki, problem yağıntıların çox olmasından qaynaqlanıb,
mənbəyi sel suları dağıdıb. Və problem tezliklə öz həllini
tapacaq.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi