Sosial
Azərbaycan şərab və xalçaları Bolqarıstanda - FOTO
Azərbaycan istehsalı şərabların Bolqarıstanın Burqas şəhərində keçirilmiş “Wine Fest Burgas 2017” şərab festivalında təqdimatı olub.
Publika.az xəbər verir ki, Azərbaycan istehsalı olan şərabların təqdimatı və dequstasiyasını ölkəmizin Bolqarıstandakı Səfirliyi təşkil edib.
Məqsəd “Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqidir.
Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat veriib, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. 30 şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan “mədrəsə”dən hazırlanmış “İvanovka bağları.1954.Mədrəsə” və “İvanovka bağları.1954.Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.
Şərab festivalı ilə bərabər olaraq eyni məkanda açıq havada “Xalça Yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları da nümayiş etdirilmiş, tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Xalçaçılıq üzrə Azərbaycanın əsasənBakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu tədbir ziyarətçilərin diqqətinə çatdırılmışdır. Festivalda Azərbaycan ilə yanaşı Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.
Qeyd olunmalıdır ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Belə ki, Azərbaycan xalçaları Burqas şəhərindən əlavə cari ilin 23-25 iyun tarixində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyul 2017-ci il tarixində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO