Sosial
Bu ərazilərdə qaz olmayacaq
Bakının Binəqədi rayonunun və Gəncə şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulması məqsədilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, avqustun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun, 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?