Bir həftə İŞ OLMAYACAQ
Bizi izləyin

Sosial

Bir həftə İŞ OLMAYACAQ

Bu il Novruz bayramında qeyri-iş günləri məlum olub.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm