• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Qadınlar təcavüzdən xilas olacaq - ŞİFRƏLİ ALT PALTARI

  • Sosial
  • 11 Yanvar 2018 04:36
  • 2 638 Baxış
Qadınlar təcavüzdən xilas olacaq - ŞİFRƏLİ ALT PALTARI

Dünyada təcavüz hallarının ən çox yayıldığı ölkələrdən biri də Hindistandır. Mövcud vəziyyətdən çıxış yolu tapmaq istəyən azyaşlı qızın maraqlı icadı dünya mediasının diqqətini çəkib.

Publika.az xəbər verir ki, ölkənin Uttar Pradeş əyalətinin Faruxabad şəhərində kasıb ailədə böyüyən Sinu Kumari adlı qız qadınları təcavüzdən qorumaq məqsədilə qeyri-adi alt paltarı hazırlayıb.

Statistikaya görə, Hindistanda gün ərzində yüzlərlə qadın küçələrdə cinsi istismarlara məruz qalır. Sinu Kumari deyib ki, hazırladığı alt paltarı xüsusi şifrə ilə bağlanaraq qadınları təcavüzdən qoruyacaq.

Alt paltarı güllə keçirməz və küt alətlərlə sındırılması mümkün olmayan sərt dəmir materialdan hazırlanıb. Üzərindəki nazik kəmərdə sahibinin xüsusi şifrə təyin etməsi üçün sxem quraşdırılıb. Bundan əlavə, paltar GPS və kiçik mini kamera ilə təchiz edilib. Hadisə zamanı qadın xüsusi düyməni basaraq sistemi işə salır və polis çağırır. Cinayətkar hadisə yerindən uzaqlaşsa da, kameralara düşən görüntülər vasitəsilə onun kimliyini müəyyənləşdirmək olur.

Sinu bu geyimi hazırlamaq üçün 74 dollar xərcləyib. İxtirasını sosial şəbəkələrdə paylaşan Sinu qısa zamanda məhşurlaşıb.

Bella

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR