Müqaviləsiz işləyənlərin sayı açıqlandı
Bizi izləyin

Sosial

Müqaviləsiz işləyənlərin sayı açıqlandı

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” bu günədək 39 səyyar monitorinq həyata keçirilib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, monitorinqlərin keçirildiyi dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən yeni 18452 əmək müqaviləsi bağlanılıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm