Sosial
Dövlət qulluğuna qəbul üçün son gün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun inzibati icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 8 mart saat 18:00-dək davam edəcək.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün bu saata olan məlumata əsasən 1008 müraciət qeydə alınıb.
“1 yerə düşən ərizələrin orta sayı 1.95-dir. 173 vakant vəzifə üzrə hələlik heç bir müraciət qeydə alınmayıb. Ən yüksək müsabiqə vəziyyəti isə Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 27 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 24 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 23 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti, Sığortaedənlərə xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 22 namizəd) Dövlət Məşqulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 20 namizəd) vəzifəsi üzrə formalaşıb”.
Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər. Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var