Sosial
Cocuq Mərcanlıda 24 il sonra İLK BAYRAM - - VİDEO
Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Novruz bayramını qeyd edirlər. Uğurlu aprel döyüşlərindən sonra öz doğma kəndlərinə qayıdan ailələr bayram hazırıqlarını başa çatdırıblar. Digər cəbhə kəndlərində də bayram sevinci yaşanıb.
24 il sonra bütün kənd bir yerə toplaşıb bayramı sevinclə qeyd edirlər. Cocuq Mərcanlı sakinləri bu bayramı başqa bir həyəcanla qarşılayır.
Uzun illər müxtəlif yerlərdə məcburi köçkün həyatı yaşayan sakinlər xeyli müddət sonra ilk dəfə öz doğma el-obalarında tonqal qalayıb onun ətrafına toplaşıblar.
Bayram sevinclərini bölüşən sakinlər uzun sürən həsrətin sona çatdığını deyirlər. Öz evində və yurdunda bayram keçirməyin böyük zövq verdiyini bildirirlər.
Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində də bayram ab-havası yaşanır. Kənd sakinləri düşmənlə üz-üzə olmalarına baxmayaraq, bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Balacalar yumurta döyüşdürür, gənclər dirədöymə oynayır və papaq atırlar.
Amma tədbiri də əldən verməyən kənd sakinləri artıq neçə illərdir bayram tonqalını vaxtından qabaq, yəni gün batmazdan əvvəl qalamaq məcburiyyətində qalırlar.
Digər cəbhəboyu kəndlərdə də bayram sevinci hər şeyə rəğmən fərqli yaşanır. (Xəzər xəbər)
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?