Sosial
Ölkə ərazisində 14 stansiya quraşdırılacaq
Azərbaycan ərazisində tomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq.
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, stansiyalar Azərbaycan və Amerika seysmoloqlarının birgə işi olan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində işlər çərçivəsində həyata keçirilir.
Bununla bağlı Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Missuri Universitetinin elmi işçisi Utku Koçum və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Episentral” şöbəsinin müdiri Hidayət Tahirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərovun iştirakı ilə Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarından əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb. Həmçinin həmin stansiyaların məlumatları emal üçün toplanıb. Bununla yanaşı bu ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarında keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyən edilib. Qeyd edək ki, “Qafqaz kəsilişi” layihəsi həyata keçirilməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işləri aparılır.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO