Sosial
Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək
2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
F.Qaraşov bildirib: "Bizim assosiasiyamızın bir neçə üzvü artıq iş planı hazırlayıb. Onun tərtibi üçün xarici konsaltinq və audit şirkətləri cəlb olunub. Biznes plan artıq Azərbaycan İqtisadiyyat Nazirliyinə təqdim olunub və biz müsbət cavab gözləyirik. Layihə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə maliyyələşdirilə bilər".
Sədrin sözlərinə görə, kompleks Azərbaycanın sənaye parklarından birində inşa edilə bilər.
"Kompleksin 4 müəssisədən ibarət olacağı gözlənilir: nar şirəsi, konsentrat, toxum və nar qabığı emalı üzrə. Biznes plana əsasən kompleksin ümumi dəyəri 25 milyon manat təşkil edir. Tikintiyə 2019-cu ildə başlamaq, 2021-ci ildə isə onu yekunlaşdırmaq planlaşdırılır", - deyə birliyin rəhbəri bildirib.
Qaraşovun sözlərinə görə, nardan alınan məhsulların növlərini artırmaq vacib məsələdir: "Bu, həmin sahədə ixrac potensialının artırılmasına kömək edəcək. Nardan şirələr, spirtli içkilər, narşarab almaq mümkündür. Nar qabığı və toxumlarından alınan yağ, kosmetoloji və əczaçılıq istehsalında istifadə olunur. Yəni qalığı olmayan məhsuldur ".
Xatırladaq ki, Nar Məhsulları İstehsalçıları və İhracatçıları Birliyi 31 oktyabr 2016-cı il tarixində yaradılıb.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO