Hərbi hissələrdə elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur - RƏSMİ
Bizi izləyin

Sosial

Hərbi hissələrdə elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur - RƏSMİ

Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun bütün hərbi hissələrində, xüsusilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir.

Müdafiə Nazirliyi ehtiyac yaranacağı halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də fəaliyyətinin təmin olunması üçün lazımi səviyyədə enerji ilə təchiz edilməsinə kömək göstərməyə hazırdır.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm