Sosial
Evində dünyanın 60-dan çox ölkəsindən 2 minə yaxın turist qarşılayan azərbaycanlı - - FOTOLAR
Qubanın Xınalıq kənd sakini Rəhman Sərkərov öz evində dünyanın 60-dan çox ölkəsindən 2 minə yaxın turist qarşılayıb.
Bu dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Xınalıqda yaşayan Rəhman Sərkərovun son 18 ildə qarşıladığı əcnəbi qonaqların sayıdır. Xarici qonaqların içərisində Kanada, ABŞ, İndoneziya, Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, bir sözlə Antraktidadan başqa digər bütün materiklərin olub.
Əksər kənd sakinləri kimi heyvandarlıq və başqa ənənəvi sahələrlə məşğul olmayan R.Sərkərov ailə büdcəsini yalnız kənd turizmindən qazanmaqla formalaşdırır. Dediyinə görə, yay aylarında bu sahədən qazandığı vəsait onun illik xərclərini qarşılayır.
48 yaşlı Rəhman Sərkərov bildirib ki, turizm sahəsi ilə 2000-ci ildən məşğuldur. 12 ildir Quba Turizm İnformasiya Mərkəzi, son illər isə Bakı şəhərində fəaliyyət göstərən turizm agentlikləri ilə qarşılıqlı əməkdaşlıq edir. Əməkdaşlıq etdiyi şirkətlər Xınalıqda istirahət etmək istəyən turistləri onunla əlaqələndirir. Bununla yanaşı, Rəhman Sərkərov bir sıra xarici turizm saytlarında evini turistlərə kirayə verməsi barədə elanlar da yerləşdirib. Bu elanlar əsasında ona müraciət edənlərin sayı da kifayət qədərdir.
Rəhman Sərkərov bildirir ki, əvvəllər xarici dil bilmədiyindən bəzi çətinliklərlə üzləşdiyindən son bir neçə ildə ingilis dilini də öyrənməyə başlayıb. Artıq xarici dili turistlərlə anlaşacaq səviyyədə mənimsəyib.
Əcnəbi turistlər daha çox ona yay aylarında müraciət edirlər. Bir ay ərzində ən azı 15-20 sifariş alır. Turizm şirkətləri vasitəsilə gələn əcnəbilər daha çox olsa da, onlar Xınalığa qısa müddətə səyahət edirlər. Həmin turistlər kənddə qalmır və yalnız bələdçilik xidmətinə ehtiyac duyurlar. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndini görməyə gələnlər arasında Avropa və MDB ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Son illər isə kəndə gələn ərəb və rus turistlərin sayı artıb.
Xınalıq sakininin xarici turistlərə təqdim etdiyi qiymətlər də olduqca münasibdir. Turistlər bir gün üçün cəmi 15 manat ödəməklə Rəhman Sərkərovun evində qala bilərlər. Bura gündə 3 dəfə yemək də əlavə olunsa, qiymət 30 manat təşkil edir. Ev internetlə təmin olunub. Bundan əlavə R.Sərkərov turistlərə bələdçilik edərək, onları Xınalığın eləcə də ətrafdakı Qırız, Haput, Cek, Buduq kəndlərinin tarixi yerləri, əsrarəngiz təbiəti ilə tanış edir.
R.Sərkərov bildirir ki, xarici qonaqları daha çox Xınalığın tarixi, özünəməxsus dili və təbiət mənzərələri maraqlandırır. Onları narazı salan məqam isə Qubadan Xınalığa nəqliyyat xərcinin baha olmasıdır.
Rəhman Sərkərov evində qalan turistlər üçün xatirə kitabı da hazırlayıb. Kanada, İndoneziya, Çin, Yaponiya, Avstraliya və onlarla başqa uzaq ölkədən gələn əcnəbi qonaqlar bu kitabda xoş təəssüratlarını qeyd ediblər. Atıq 3 kitabda 1000-dən çox turistin Azərbaycan səyahətləri barədə təəssüratları toplanıb. Bu yaxınlarda həmin fikirlərdən seçmələrin yer aldığı kitab çap olunacaq. Bu kitab Azərbaycana, xüsusilə də Xınalıq kəndinə gəlmək istəyən turistlər üçün məlumatlandırıcı xarakter daşıyacaq. (azərtac)
-
Nida Xəbər 18:30
Zakir Həsənova yeni müavin təyin edildi - FOTO
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"