Gələcəkdən gələn xurmalar satışda - "Rahat" marketdə qəribə olay - FOTOLAR
Bizi izləyin

Sosial

Gələcəkdən gələn xurmalar satışda - "Rahat" marketdə qəribə olay - FOTOLAR

Paytaxtda yerləşən "Rahat" market şəbəkələrindən birində gələcəkdən gələn xurmalar satılır.

Publika.az xəbər verir ki, əməkdaşlarımızdan biri ötən gün adıçəkilən mağazadan xurma alarkən maraqlı faktla rastlaşıb. Məhsulun üzərində istehsal tarixi 01-09-2018, son istifadə tarixi isə 01-09-2020 olaraq göstərilib. Dünən avqust ayının 30-u olsa da sentyabr ayının 1-də istehsal ediləcək xurmalar artıq satışda idi.

Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Könül, Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm