Tanınmış jurnalist: "Kaş Azərbaycanda da..."
Bizi izləyin

Sosial

Tanınmış jurnalist: "Kaş Azərbaycanda da..."

Bu ilin yanvar ayında Səbail rayonu ərazisindəki evindən oğurluq edilmiş tanınmış jurnalist Ağanisə Sultanova ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Publika.az xəbər verir ki, dövlətin ona verdiyi evdən oğurluq edən şəxslərin məhkəməsinin ardıcıl ikinci dəfə təxirə salındığını deyən telejurnalist ondan başqada zərərçəkənlərin olduğunu da bildirib: “Hələ istintaq vaxtı üzləşmədə evimdən oğurladırlqarını kimə satdıqlarını bilmədiklərini dedilər. Məhkəmə koridorunda mənə dəyen ziyanın ödənilməsini tələb edəndə hansısa oğrunun atası elə belə dedi: "Biz sənə pul niyə ödəyirik? Nə qədər verirlər versinlər, gedib yatacaq içəridə, hökumət yeməyini də verəcək, çayını, çörəyini də..."

A.Sultanova bir çox müsəlman ölkələrində olduğu kimi Azırbaycanda da oğurluq edən şəxslərin əllərinin kəsilməsinin tərəfdarı olduğunu əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm