Sosial
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara görə, Azərbaycan ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilir.
Həmçinin bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi, fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi Agentliyə tapşırılır.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?