Komitə sədri: “Ölkə əhalisinin yenidən siyahıyaalınması keçiriləcək”
Bizi izləyin

Sosial

Komitə sədri: “Ölkə əhalisinin yenidən siyahıyaalınması keçiriləcək”

Azərbaycan Dayanıqlı İnkişaf Proqramına qoşularaq üzərinə bir sıra öhdəliklər götürüb.

Publika.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasi dəstək missiyasının rolu” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan bu istiqamətində ciddi addımlar atır, beynəlxalq layihələr həyata keçirməklə regiona və Avropaya da töhfələr verir: “Milli statistika qurumlarının üzərinə yeni vəzifələr qoyulur. Komitə milli fəaliyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün bir sıra addımlar atıb. Əsas məqsədimiz ölkə başçısının qarşımıza qoyduğu milli statistika sisteminin dünya standartlarına uyğunlaşdırılmasına nail olmaqdır. Biz Avropa Birliyinə müraciət etdik, Azərbaycanda milli statistika sisteminin qlobal auditi keçirildi. Qiymətləndirmə aparıldı və hesabat da komitənin rəsmi saytında yerləşdirilib. Qlobal qiymətləndirmə nəticəsində milli statistika sisteminin beynəlxalq standartlara uyğun olduğu müəyyən edilib. Biz keyfiyyətin idarə edilməsi üzrə də beynəlxalq sertifkata layiq görülmüşük. Gələcəkdə davamlı inkişafla bağlı statistikanın aparılması da mühümdür”.

Statistika Komitəsinin sədri deyib ki, gələn ilin oktyabrında ölkə əhalisinin yenidən siyahıyaalınması keçiriləcək: “Artıq Qəbələdə sınaq təcrübəsi keçirilib. Eləcə də proqram təminatı sınaqdan keçirilir. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm