Sosial
Bakıda 3 prokurorluq işçisi vəzifədən kənarlaşdırıldı
Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Publika.az xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
2018-ci ildə müxtəlif xətalar törətdiklərinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat2 Dekabr 18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Nəqliyyat2 Dekabr 18:30
Bakının axşam tıxacı...