Sosial
Şəhid anası: "İlham Əliyev sübut edib ki..."
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprelində şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı haqqında Fərman imzalayıb. Bir neçə gün sonra bizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng etdilər və birdəfəlik ödəməni almaq üçün hansı sənədləri təqdim etmək lazım olduğunu dedilər. Dekabr ayında yenə də nazirlikdən zəng etdilər və bildirdilər ki, birdəfəlik ödəmənin məbləği plastik karta köçürülüb. Ertəsi gün biz həmin pulları bankdan aldıq. Yeri gəlmişkən, hesabdan heç bir əlavə vergi tutulmamışdı. Biz 11 min manat aldıq. Biz, Tağıyevlər ailəsi dövlətimizin və xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə çox minnətdarıq. İlham Əliyev şəhid ailələrinə yardım göstərmək, onların sosial problemlərini həll etmək üçün çox işlər görüb. O sübut edib ki, bütün Azərbaycan xalqının Prezidentidir.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə iştirak edən şəhid Vüqar Tağıyevin anası Lyubov Tağıyeva söyləyib. O deyib: “Doğma insanların ölümü həmişə böyük faciədir. Ana üçün ən böyük müsibət öz övladını dəfn etməkdir. Azərbaycanın şanlı oğullarının çoxunun həlak olduğu Qarabağ müharibəsi bizim ailəmizə də fəlakət gətirib. Mən əslən Ukraynadanam. 1971-ci ildə Yaqub Tağıyevlə ailə qurmuşam. Əvvəllər Füzuli rayonunun Qaraxanlı kəndində yaşamışıq. 1979-cu ildə isə Biləcəriyə köçmüşük. 1972-ci ildə ilk övladımız – Vüqar doğulub. 1993-cü il fevralın 8-də Vüqar 21 yaşının tamam olmasına dörd gün qalmış könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. Azərbaycan Milli Ordusunun böyük çavuşu Vüqar Tağıyev Füzuli rayonunun kəndlərinin müdafiəsi uğrunda döyüş əməliyyatlarının çoxunda iştirak edib. Vüqar cəbhədən evə tez-tez məktublar yazırdı. Ümummilli lider Heydər Əliyev döyüşlərin getdiyi bölgələrdə hərbi qulluqçularla görüşür, onların döyüş ruhunu yüksəldirdi. Belə görüşlərin birində Ulu Öndər oğlumun əlini şəxsən sıxıb. Bu görüş bir döyüşçü kimi onu daha da ruhlandırıb və mətinləşdirib.
Vüqar 1994-cü il aprelin 21-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində döyüş əməliyyatı zamanı qəhrəmancasına həlak olub. Vüqarın döyüş yoldaşları indiyədək onun xatirə günündə bizə baş çəkirlər. Onlar deyirlər ki, Vüqar hər tərəfdən yağış kimi yağan düşmən güllələri altında yaralıları döyüş meydanından çıxarıb. Həyat yoldaşım üç il əvvəl infarktdan dünyasını dəyişib. Binəqədi Rayon İcra Hakimiyyətinin və Biləcəri qəsəbəsi bələdiyyəsinin rəsmi nümayəndələri onun dəfnində iştirak ediblər. Bu, növbəti dəfə təsdiq edir ki, Azərbaycanda Vətənin azadlığı və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərin xatirələri böyük ehtiramla anılır. Söz yox ki, Vüqarın həlak olması bizim üçün böyük faciədir. Amma mən fəxr edirəm ki, ağır məqamında Vətəninin müdafiəsinə qalxan düzgün oğul tərbiyə etmişəm.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək