Sosial
Hadı Rəcəbli: Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmldir
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir:
“Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır”.
Komitə sədri vurğulayıb ki, müvafiq sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir:
“Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək”.
Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?